Bütün xəbərlər
Doqquz uşağı xilas edən qadın medalla təltif olunacaq
Tarix: 04-08-2023 20:45 | Bölmə: Cəmiyyət


Tula vilayətindən olan Tatyana Şulenina vilayət rəhbəri Aleksey Dyuminin adından “Şərəf və igidliyə görə” medalı ilə təltif olunacaq.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, qadın xüsusi əməliyyat iştirakçılarının 9 uşağını xilas edib.
Onlar Anapadan sanatoriyada istirahətdən qayıdırdılar. Bir anda avtomobilin sürücüsü huşunu itirdi.
Qrupu müşayiət edən müəllim Tatyana Şulenina başını itirməyib - o, maşını idarə edib və uşaqları hərəkətin sıx olduğu magistraldan təhlükəsiz yerə çıxarıb, daha sonra sürücü üçün təcili yardım çağırıb.
"Həmyerlimizin əməli xüsusi hörmətə layiqdir. Onun sayəsində fövqəladə vəziyyətdə heç kim xəsarət almayıb", - Tula vilayəti hökumətinin bəyanatında deyilir.
Onlar həmçinin bildirdilər ki, Tatyana özü üçün müəllim peşəsini seçərək hər gün uşaqlara qayğı və diqqət göstərir, həmçinin xüsusi hərbi əməliyyat iştirakçılarının ailələrinə fəal dəstək verir.
Regional mükafat Tatyana Şulenina Tula vilayətinin günü və Qəhrəman şəhər Tula günündə təqdim olunacaq.


Baxış sayı: 90


Bölməyə aid digər xəbərlər