Bütün xəbərlər
Qubernator Rostovda yol polisi postuna hücumla bağlı məlumatı şərh edib
Tarix: 04-08-2023 19:59 | Bölmə: Cəmiyyət

Cümə günü, avqustun 4-də bir sıra teleqram kanalları Rostov vilayətində naməlum şəxslərin polis əməkdaşlarına hücumu barədə məlumat yayıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Rostov-na-Donu şəhərinin girişində yerləşən yol polisi postuna hücum edildiyi iddia edilib.
Bu məlumatın yayılmasından bir müddət sonra rayonun rəhbəri Vasili Qolubev vəziyyətə münasibət bildirib.
Qubernator hüquq-mühafizə orqanları əməkdaşlarına hücumla bağlı məlumatı təkzib edərək, bunun həqiqətə uyğun olmadığını bildirib.
Eyni zamanda, Vasili Qolubev qeyd edib ki, hüquq-mühafizə orqanlarının əməkdaşları həqiqətən də müəyyən fəaliyyətlər həyata keçiriblər, lakin onlar maarifləndirici və təlim xarakterli olub.


Baxış sayı: 98


Bölməyə aid digər xəbərlər