Bütün xəbərlər
"Moskva Siti" kompleksinin yaxınlığında naməlum şəxs park edilmiş avtomobildə partlayıb
Tarix: 03-08-2023 23:02 | Bölmə: Cəmiyyət


Avqustun 3-də axşam saatlarında “Moskva Siti” kompleksinin binalarından birində partlayış səsi eşidilib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, ilkin məlumata görə, naməlum şəxsin park edilmiş xarici avtomobilin salonuna atdığı əşya partlayıb.
“Moskva” agentliyinin məlumatına görə, cümə axşamı axşam saatlarında “Moskva Siti” kompleksində olan naməlum şəxs yolun kənarında dayanmış “Jaguar” markalı avtomobilin şüşəsini sındıraraq salonun içərisinə əşya atıb. Bir neçə saniyədən sonra yüksək səs gəldi.
İlkin məlumatlara görə, partlayan obyekt fişəng ola bilər. Hadisə zamanı avtomobildə kimin olub-olmadığı hələlik məlum deyil. Zərərçəkənlər barədə məlumat daxil olmayıb. Hadisənin hansı şəraitdə baş verdiyi araşdırılır.


Baxış sayı: 145


Bölməyə aid digər xəbərlər