Bütün xəbərlər
Rusiyalı ailəni Barselona hava limanında qarət ediblər
Tarix: 03-08-2023 15:27 | Bölmə: Cəmiyyət



İspaniyanın “El Pais” nəşri xəbər verir ki, Barselona Beynəlxalq Hava Limanında rusiyalı bir ailənin ümumi dəyəri 8,5 milyon avro olan zinət əşyaları olan baqajı qarət edilib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, hadisə avqustun 2-də Rusiya vətəndaşlarının Dubaya uçmaq üçün qeydiyyatdan keçmək üçün növbəyə durduğu zaman baş verib. Naməlum şəxslər, üzərində brilyant qaşlarla bəzədilmiş eksklüziv Hermes Birkin çantası olan çamadanı sakitcə aparıblar. Onun dəyəri 2 milyon dollara çatır. Baqajda dəbdəbəli zinət əşyaları, saatlar və nağd pul olub.
Soyğunçu ruslar dərhal polisə müraciət ediblər və polis oğru olduğu iddia edilən şəxslərin hərəkətlərini kameralar vasitəsilə izləyib. Oğrular icarəyə götürdükləri “Ford Focus” markalı avtomobillə qaçıblar və polis patrulunun qarşısını alıb.Nəşrin məlumatına görə, kabinədə bir kişi və bir qadın olub, onlar saxlanılıb.
Oğurlanan əşyalar arasında 10 min dollar nağd pul, 47 karatlıq brilyant üzük, "Versace" brilyant boyunbağı, Tiffani almaz qolbaq, “Bulgari” saatı və digər zinət əşyaları da olub.
Oğurlanan bütün əşyalar sahiblərinə qaytarılıb.


Baxış sayı: 173


Bölməyə aid digər xəbərlər