Bütün xəbərlər
Atasını qəsdən öldürməkdə şübhəli bilinən şəxs tutulub
Tarix: 03-08-2023 13:54 | Bölmə: Cəmiyyət


Avqustun 1-də Astara rayonunun Çürkəş kənd sakini 1952-ci il təvəllüdlü Qubad Əliyevin yaşadığı evdə kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi faktı ilə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanaraq istintaq aparılır.
Sabaha-inamla.az-a Baş Prokurorluqdan verilən məlumata görə,
istintaq-əməliyyat tədbirləri nəticəsində cinayətin zərərçəkmişin qızı 1987-ci il təvəllüdlü Rühəngiz Əliyeva tərəfindən şəxsi münasibətlər zəminində törədilməsinə əsaslı şübhələr müəyyən edilib. Rühəngiz Əliyeva rayon prokurorluğunun qərarı əsasında şübhəli şəxs qismində tutulub.
İbtidai istintaq davam etdirilir.


Baxış sayı: 154


Bölməyə aid digər xəbərlər