Bütün xəbərlər
Moskva klinikalarından birində həkimləri silahla hədələyən şəxs saxlanılıb
Tarix: 02-08-2023 22:48 | Bölmə: Cəmiyyət


Avqustun 2-də axşam saatlarında paytaxt poliklinikalarının birində gələnlərdən biri əlbəyaxa dava salaraq əməkdaşları silahla hədələyib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, TASS agentliyinin məlumatına görə, hazırda hücum edən şəxs saxlanılıb. Hadisənin motivləri və şəraiti araşdırılır. Hələlik itkilər barədə məlumat verilmir.
“112” Telegram kanalının məlumatına görə, hadisə Stromınka küçəsində yerləşən tibb müəssisəsində baş verib. Məlumat dəqiqləşdirilir.


Baxış sayı: 107


Bölməyə aid digər xəbərlər