Bütün xəbərlər
Kişinyovda Rusiya səfirliyinin darvazasına çırpılan sürücü saxlanılıb
Tarix: 02-08-2023 11:04 | Bölmə: Cəmiyyət


Moldova Baş Polis Müfəttişliyinin Telegram-da verdiyi xəbərə görə, polis Kişinyovda Rusiya səfirliyinin darvazasına çırpılaraq hadisə yerindən qaçan sürücünü saxlayıb.
 Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, hadisə avqustun 2-də saat 06:00 radələrində baş verib. Hadisə yerinə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları müəyyən ediblər ki, “Mercedes” markalı avtomobili idarə edən şəxs Rusiya Federasiyasının səfirliyinin darvazasına çırpılaraq hadisə yerini tərk edib. Polis qaydanı pozan şəxsi yaxalayanda o, saxlamaqdan imtina edərək daha iki avtomobilə ziyan vurub, bundan sonra saxlanılıb.
Hazırda hücum edən şəxslə bağlı lazımi prosessual hərəkətlər aparılır”, - deyə, idarədən əlavə ediblər.


Baxış sayı: 130


Bölməyə aid digər xəbərlər