Bütün xəbərlər
Moskvada ekstremizmdə şübhəli bilinən iki nəfər saxlanılıb
Tarix: 01-08-2023 22:35 | Bölmə: Cəmiyyət


Moskvanın cənub-qərbində ekstremist təşkilatın təşkili və fəaliyyətində iştirakla bağlı cinayət işinin istintaqı çərçivəsində iki nəfər saxlanılıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Moskva şəhəri üzrə Baş İstintaq İdarəsinin məlumatına görə, 2020-ci ilin sentyabrından gec olmayaraq paytaxtın Cənub-Qərb İnzibati Dairəsində bir qrup şəxs Rusiyada qadağan olunmuş beynəlxalq dini ekstremist təşkilatın işini təşkil edib.
Şübhəlilər 2020-ci ilin sentyabrından 2022-ci ilin martına qədər şəhərin müxtəlif yerlərində yerləşən mənzillərdə görüşlər keçirib, görüşlər zamanı ekstremist ədəbiyyat öyrənilib.
Moskvanın Cənub-Qərb İnzibati Dairəsi üzrə İstintaq İdarəsi “Ekstremist təşkilatın təşkili və fəaliyyətində iştirak” maddəsi ilə cinayət işi açıb.
Çərşənbə axşamı ekstremist təşkilatın iki təşkilatçısının həbsi barədə məlumat yayılıb. Şübhəlilər istintaq orqanlarına aparılıb. Onların ortaqlarının axtarışı davam edir.


Baxış sayı: 110


Bölməyə aid digər xəbərlər