Bütün xəbərlər
Qarajda baş verən partlayışda bir nəfər ölüb
Tarix: 31-07-2023 22:59 | Bölmə: Cəmiyyət


Xilasedicilər Volqodonskdakı qaraj kooperativlərindən birində partlayış baş verən yerdə dağıntıları bir neçə saat təmizləyiblər.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, dağıntılar altından meyiti tapılıb.
İyulun 31-də səhər saatlarında Volqodonskda qaraj kooperativlərindən birində partlayış baş verib. TASS-ın məlumatına görə, insidentin ilkin səbəbi qaz balonunun təzyiqinin azaldılması olub. Ən azı beş qaraja ziyan dəyib, onlardan ikisi tamamilə dağılıb.
Təxminən saat 19:50 radələrində Fövqəladə Hallar Nazirliyinin əməkdaşları dağıntılar altından kişi meyitini aşkar ediblər. Ölən şəxsin kimliyi və partlayışa səbəb olan şərait müəyyənləşdirilir.


Baxış sayı: 88


Bölməyə aid digər xəbərlər