Bütün xəbərlər
4 miqrant həbs edilib
Tarix: 31-07-2023 22:17 | Bölmə: Cəmiyyət


Paytaxt məhkəməsi Moskvanın cənubunda iki qadını oğurlamaqda və zorlamaqda şübhəli bilinən Orta Asiyadan olan yerlilər barəsində həbs-qətimkan tədbiri seçib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Moskva şəhəri üzrə Baş İstintaq İdarəsinin məlumatına görə, iyulun 28-də 1996, 2002, 2006 və 2007-ci il təvəllüdlü dörd miqrant Rossoşanski keçidində yerləşən mənzilə soxulub. Onlar otaqda olan iki kişi və iki qadına hücum edərək onları öldürməklə hədələyiblər. Bundan sonra qadınlar təcavüzkarlar tərəfindən zorlanıb.
İlkin məlumatlara görə, həm cinayəti törədənlər, həm də qurbanlar Rusiyada immiqrasiya qanunlarını pozublar.
Dörd nəfərə hücum edən şəxs barəsində “Yaşayış sahəsinə qanunsuz daxil olmaqla quldurluq” və “Bir qrup şəxs tərəfindən qabaqcadan əlbir olaraq, adam öldürmə hədəsi ilə törədilmiş zorlama” maddələri ilə cinayət işi başlanıb.
Məhkəmə istintaqın tələbi ilə təqsirləndirilən şəxslərin həbsinə qərar verib. İstintaq davam edir.


Baxış sayı: 118


Bölməyə aid digər xəbərlər