Bütün xəbərlər
Zaporojye vilayətində APU-nun mağazaya çırpılması nəticəsində 3 nəfər ölüb
Tarix: 31-07-2023 22:11 | Bölmə: Cəmiyyət


Zaporojyenin Basan kəndində Ukraynanın ərzaq mağazasını atəşə tutması nəticəsində azı 18 nəfər ölüb və yaralanıb.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, dağılan binanın dağıntıları altında uşaq var.
Zaporojye vilayətinin qubernatoru vəzifəsini icra edən Yevgeni Balitski iyulun 31-də axşam öz Telegram kanalında ukraynalı yaraqlıların Poloqovski rayonunda mülki obyekti vurduğunu bildirib. APU-nun döyüş sursatı həmin an insanların çox olduğu ərzaq mağazasına dəyib.
İlkin məlumatlara görə, 3 nəfər ölümcül xəsarət alıb, 15-ə yaxın zərərçəkən xəstəxanaya yerləşdirilib. Xilasedicilər dağıntılar altında qalan 12 yaşlı uşağı axtarırlar. Ölən və yaralananların hamısı mülki şəxslərdir.



Baxış sayı: 160


Bölməyə aid digər xəbərlər
18-01-2025, 11:24 Avtomobil suya düşüb