Bütün xəbərlər
Arvadını qəsdən öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib
Tarix: 31-07-2023 21:30 | Bölmə: Cəmiyyət


Xəbər verildiyi kimi 1975-ci il təvəllüdlü Sədaqət Səfərovanın qəsdən öldürülməsi faktı ilə bağlı Masallı rayon prokurorluğunda cinayət işi başlanaraq ibtidai istintaq aparılıb.
Sabaha-inamla.az-a Baş Prokurorluqdan verilən məlumata görə,
istintaqla Gülağa Bəndəliyevin arvadı Sədaqət Səfərovanı Masallı rayonu, Təzə Alvadı kəndində sonuncunun işlədiyi ərzaq mağazasının qarşısında bıçaqla bədəninin müxtəlif nayihələrinə zərbələr vuraraq xüsusi amansızlıqla qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Gülağa Bəndəliyevə Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsilə yekun ittiham elan edilərək cinayət işi baxılması üçün Lənkəran Ağır Cinayətlər məhkəməsinə göndərilib.



Baxış sayı: 185


Bölməyə aid digər xəbərlər
18-01-2025, 11:24 Avtomobil suya düşüb