Bütün xəbərlər
Poçtalyon liftdə üç gün qaldıqdan sonra ölüb
Tarix: 30-07-2023 21:07 | Bölmə: Cəmiyyət

Daşkənddə yeni tikililərdən birində nasaz liftdə xilasedicilər üç gün əvvəl yoxa çıxan 32 yaşlı Olqa Leontyevanın cəsədini tapıblar.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, iyulun 24-də poçtalyon işləyən qadın yoxa çıxıb - o, Parkent küçəsindəki hündürmərtəbəli binaya işə gedib, lakin bundan sonra onu heç kim görməyib, Özbəkistan prokurorluğu bildirib. İki gün sonra qohumlar kömək üçün hüquq-mühafizə orqanlarının əməkdaşlarına müraciət ediblər və Olqa ayın 27-də çox az sayda insanların yaşadığı binanın sonuncu mərtəbəsində liftin kabinəsində tapılıb.
Yerli sakinlər ev istifadəyə verilən andan liftin fasilələrlə və daim xarab olduğunu və buna görə də ondan çox istifadə etmədiklərini iddia edirlər. İlkin versiyaya görə, poçtalyon kabinəyə minsə də, o, heç vaxt ehtiyac duyduğu mənzilə çatmayıb, ancaq sonuncu mərtəbədə ilişib qalıb. Yardım çağırışlarını heç kim eşitməyib.
Həkimlər ölümün səbəbinin ürəyin işemik xəstəliyi, kəskin ürək-damar və tənəffüs çatışmazlığı olduğu müəyyən ediblər.


Baxış sayı: 132


Bölməyə aid digər xəbərlər