Bütün xəbərlər
Türkiyədə turist avtobusu yük maşınına çırpılıb
Tarix: 30-07-2023 20:51 | Bölmə: Cəmiyyət

NTV xəbər verir ki, turistləri daşıyan mikroavtobusun yük maşını ilə toqquşması nəticəsində iki nəfər ölüb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, qəza iyulun 30-da səhər saatlarında Alanya ətrafında baş verib. Yük maşını sürücüsü işıqforun qırmızı işığında yol ayrıcında dayanıb və bir neçə saniyə sonra Qazaxıstandan gələn turistləri daşıyan mikroavtobus arxadan ona çırpılıb.
Qəzada ölənlər mikroavtobusun sürücüsü və bələdçi, Ukrayna vətəndaşı olub, 12 sərnişin xəstəxanaya çatdırılıb, onlardan 6-sı ağır yaralanıb.
Yük maşınının sürücüsü hazırda polis şöbəsinə ifadə verir.


Baxış sayı: 117


Bölməyə aid digər xəbərlər