Bütün xəbərlər
Ukrayna mərmisi Kursk kəndində yaşayış binasına düşüb
Tarix: 29-07-2023 23:28 | Bölmə: Cəmiyyət

Kursk vilayətinin sərhədyanı Tetkino kəndi Ukraynanın raket hücumundan sonra yenidən işıqsız qalıb, qubernator Roman Starovoit bildirib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, ümumilikdə 11 gəliş qeydə alınıb, bir mərmi fərdi yaşayış evinə düşüb, binaya ciddi ziyan dəyib. Daha bir sursat elektrik xəttini kəsib ki, kəndin bütün sakinləri işıqsız qalıb. Ölən və xəsarət alan olmayıb.
Son aylarda Tetkino müntəzəm olaraq Ukrayna qüvvələri tərəfindən atəşə tutulub, sonuncu hücumlar 19, 20, 21, 25 və 26-da olub.


Baxış sayı: 100


Bölməyə aid digər xəbərlər