Bütün xəbərlər
Sankt-Peterburq sakini dövlətə xəyanətdə ittiham edilərək həbs edilib
Tarix: 29-07-2023 22:03 | Bölmə: Cəmiyyət


Rusiyalı Vyaçeslav Lutor dövlətə xəyanət və terror təşkilatında iştirak ittihamı ilə həbs edilib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Moskvanın Lefortovski məhkəməsində məlumat verilib.
"Məhkəmə FSB müstəntiqlərinin vəsatətini təmin edib və Lutor V.A. barəsində həbs qətimkan tədbiri seçib", - TASS məhkəmənin mətbuat xidmətinə istinadən xəbər verir.
Həbs olunan şəxs haqqında onun 33 yaşı olduğu, Sankt-Peterburqda yaşadığı və bank sektorunda çalışdığı məlum olub. Əvvəllər o, artıq hüquq-mühafizə orqanlarının diqqətinə çatdırılmışdı: həmin şəxs iki dəfə inzibati xətalara – xırda xuliqanlığa və polis əməkdaşının tələblərinə tabe olmamağa görə həbs edilib.
Sonuncu qanun pozuntusuna görə o, 15 sutka həbs alıb və iyulun 29-da təcridxananı tərk etməli olub.


Baxış sayı: 115


Bölməyə aid digər xəbərlər