Bütün xəbərlər
Kişi gənc qızı qaçıraraq zorla evində saxlayıb
Tarix: 27-07-2023 20:33 | Bölmə: Cəmiyyət

Samara vilayətinin istintaq orqanları Jiqulevsk şəhərində uşağın oğurlanması ilə bağlı cinayət işi açıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Regional istintaq idarəsinin məlumatına görə, iyul ayında Samara vilayətinin sakini dələduzluq yolu ilə gənc qızı öz evinə aparıb və bir müddət zorla saxlayıb. Uşağın bədənində xəsarətlər olsa da, qızın həyatı üçün təhlükə yoxdur. Zərərçəkənə tibbi yardım göstərilib.
Jiqulevsk Şəhər İstintaq İdarəsi şübhəli şəxs barəsində “Oğurluq” maddəsi ilə cinayət işi açıb, araşdırma aparılır. Hadisənin digər təfərrüatları barədə hələ ki, məlumat verilmir.



Baxış sayı: 300


Bölməyə aid digər xəbərlər
18-01-2025, 11:24 Avtomobil suya düşüb