Bütün xəbərlər
İjevsk vilayətinin keçmiş rəhbəri ev dustaqlığına buraxılıb
Tarix: 26-07-2023 23:19 | Bölmə: Cəmiyyət


İjevsk şəhərinin keçmiş meri Oleq Bekmentyev ev dustaqlığına buraxılıb. Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, müvafiq qərarı şəhərin Sənaye Rayon Məhkəməsi çıxarıb.
Bekmentyev vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham olunur. İstintaqın məlumatına görə, o, 2021-ci ildə dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrini kommersiya təşkilatına verib.
İjevsk şəhərinin keçmiş rəhbəri sentyabrın 25-dək 2 ay müddətinə ev dustaqlığına göndərilib. Onun da bir sıra məhdudiyyətləri var.
Bundan əvvəl iri İT şirkətinin təsisçisi İlya Saçkovun barəsində çıxarılan hökm barədə məlumat yayılmışdı. O, xəyanətə görə 14 il müddətinə ciddi rejimli koloniyaya göndərilib.



Baxış sayı: 167


Bölməyə aid digər xəbərlər
18-01-2025, 11:24 Avtomobil suya düşüb