Bütün xəbərlər
Daqomısda qaz partlayışı nəticəsində iki nəfər xəstəxanaya yerləşdirilib
Tarix: 26-07-2023 22:46 | Bölmə: Cəmiyyət


Krasnodar diyarında müstəntiqlər yaşayış binasında qaz partlayışının səbəblərini müəyyənləşdirirlər.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, hadisədən sonra hadisə zamanı otaqda olan gənc oğlan və qız müxtəlif dərəcəli yanıq xəsarətləri alıblar.
Krasnodar diyarı üzrə istintaq idarəsinin verdiyi ilkin məlumatlara görə, iyulun 26-da Daqomıs kəndinin Solneçnoqorskaya küçəsindəki fərdi evdə qaz partlayışı baş verib.
Bu zaman mətbəxdə ev sahibinin 22 yaşlı qohumu və onun 23 yaşlı tanışı olub. Partlayış və ondan sonra başlayan yanğın nəticəsində oğlan və qız yanıb və xəstəxanaya yerləşdirilib.
Hadisə ilə bağlı Soçi şəhərinin Lazarevski rayonu üzrə istintaq idarəsinin əməkdaşları tərəfindən istintaqa qədərki yoxlama aparılır.



Baxış sayı: 171


Bölməyə aid digər xəbərlər
18-01-2025, 11:24 Avtomobil suya düşüb