Bütün xəbərlər
Tolyattidə uşaq ticarət mərkəzində eskalatordan yıxılaraq ölüb
Tarix: 25-07-2023 23:37 | Bölmə: Cəmiyyət


Tolyatti ticarət mərkəzində pilləkənlərdən yıxılaraq xəsarət alan azyaşlı uşağın həkimlər bir neçə gündür həyatı uğrunda mübarizə aparıblar. Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, onu xilas etmək mümkün olmayıb. Uşağın ölümü ilə bağlı cinayət işi başlanıb.
Samara vilayəti üzrə istintaq idarəsinin məlumatına görə, qəza iyulun 17-də Tolyattidə ticarət mərkəzlərindən birində baş verib. Uşaq ikinci mərtəbənin hündürlüyündən eskalatordan yıxılıb.O, təcili xəstəxanaya yerləşdirilib. Çərşənbə axşamı, iyulun 25-də uşağın özünə gəlmədən öldüyü məlum olub.
Azyaşlının ölümü ilə bağlı “Təhlükəsizlik tələblərinə cavab verməyən xidmətlərin göstərilməsi ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda” maddəsi ilə cinayət işi başlanıb. Faktla bağlı araşdırma aparılır, faciəvi hadisənin baş vermə şəraiti aydınlaşdırılır.



Baxış sayı: 185


Bölməyə aid digər xəbərlər
18-01-2025, 11:24 Avtomobil suya düşüb