Bütün xəbərlər
Moskva yaxınlığındakı stansiyada sərnişinləri olan qatar yanıb
Tarix: 24-07-2023 23:22 | Bölmə: Cəmiyyət


Bazar ertəsi axşam saatlarında Moskvadan Tverə gedən elektrik qatarı Solneçnoqorskda yanıb.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, ilkin məlumatlara görə, insanlar təxliyə oluna bilib.
Fövqəladə Hallar Nazirliyinin TASS-a istinadən verdiyi məlumata görə, elektrik qatarı Podsolneçnaya stansiyasında olarkən onun damında naqil qırılıb və yanğın baş verib.
Zərərçəkənlər barədə hələlik məlumat daxil olmayıb. Hadisə şahidləri yanğının görüntülərini lentə alıblar. Hadisənin hansı şəraitdə baş verdiyi araşdırılır.


Baxış sayı: 107


Bölməyə aid digər xəbərlər