Bütün xəbərlər
İşdən çıxarılan Belqorod vilayətinin vitse-qubernatoru rüşvətxorluqda şübhəli bilinirdi
Tarix: 21-07-2023 22:32 | Bölmə: Cəmiyyət


17 gün əvvəl vəzifəsini tərk edən Belqorod vilayətinin vitse-qubernatoru Konstantin Polejayev korrupsiyada şübhəli bilinərək saxlanılıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bölgə rəhbəri Vyaçeslav Qladkov iyulun 4-də 2015-ci ildən 2019-cu ilin yanvarınadək Belqorod administrasiyasına rəhbərlik edən, sonra isə regional hökumətə keçərək mənzil-kommunal təsərrüfatının işinə nəzarət edən Polejayevi vəzifəsindən azad edib. Ona qarşı iddialar davamlı atəşə tutulan Şebekin və Novaya Tavoljankanın bərpası ilə bağlı işlərin gecikdirilməsi ilə bağlı yaranıb.
Mənbələr iddia edir ki, Polejayev xüsusilə külli miqdarda rüşvət almaqda ittiham olunur. Pulun ona nə vaxt və hansı şəraitdə köçürüldüyü açıqlanmır.


Baxış sayı: 93


Bölməyə aid digər xəbərlər