Bütün xəbərlər
Şaxtıda 6 yaşlı qızı qaçırmaqda şübhəli bilinən şəxs tutulub
Tarix: 20-07-2023 22:09 | Bölmə: Cəmiyyət


Məhkəmə əvvəllər uşaq oğurluğunda şübhəli bilinərək saxlanılan Şaxtı şəhər sakininin barəsində həbs-qətimkan tədbiri seçib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, TASS-ın məlumatına görə, iyulun 20-də 41 yaşlı İvan Qrebennikov Rostov vilayətində məhkəmənin qərarı ilə iki ay müddətinə həbs edilib. İyulun 19-na keçən gecə itkin düşmüş 6 yaşlı qız evində tapıldıqdan sonra həmin şəxs saxlanılıb.
İyulun 18-də qohumu ilə gəzən uşaq meydançadan yoxa çıxıb. Polis kamera görüntülərini araşdırdıqdan sonra qızın tanımadığı kişi ilə getdiyi məlum olub. Hüquq-mühafizə orqanlarının əməkdaşları şübhəlinin şəxsiyyəti və ünvanı müəyyən edildikdən sonra onun evinə gəliblər. Qız qaçıranla birlikdə olub.
İlkin məlumata görə, uşaq xəsarət almayıb. Hadisənin təfərrüatları və şübhəlinin motivləri hələlik açıqlanmır. Adam oğurluğu ilə bağlı istintaq davam edir.


Baxış sayı: 94


Bölməyə aid digər xəbərlər