Bütün xəbərlər
Moskva parklarından birində bıçaq xəsarətləri olan uşaq meyiti tapılıb
Tarix: 19-07-2023 21:26 | Bölmə: Cəmiyyət


Moskva prokurorluğu paytaxtın Cənub İnzibati Dairəsində yetkinlik yaşına çatmayan oğlanın meyitinin tapılmasından sonra başlanmış prosessual yoxlamanın gedişinə nəzarət edir.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Moskva prokurorluğunun məlumatına görə, iyulun 19-da Kaşirskoye şossesi yaxınlığındakı park ərazisində bıçaq xəsarətləri olan oğlan meyiti tapılıb.
Ola bilsin ki, dünyasını dəyişən övladının yoxa çıxması ilə bağlı daha əvvəl polisə müraciət edən qadının 11 yaşlı oğludur. Ananın sözlərinə görə, oğlu çərşənbə axşamı günorta saatlarında gəzintiyə çıxıb və geri qayıtmayıb.
Faciəvi hadisə yerinə Cənub İnzibati Dairəsinin prokuroru vəzifəsini icra edən Andrey Sindeyev gəlib. Prosessual yoxlama başlanıb, qətllə bağlı cinayət işinin başlanması məsələsi həll edilir.


Baxış sayı: 102


Bölməyə aid digər xəbərlər