Bütün xəbərlər
Saratov şossesində baş verən qəzada 3 nəfər ölüb
Tarix: 18-07-2023 21:49 | Bölmə: Cəmiyyət


Saratov vilayətinin prokurorluq və istintaq orqanlarının əməkdaşları iki böyük və bir azyaşlı uşağın ölümcül xəsarət alması nəticəsində baş vermiş faciəvi qəzanın səbəblərini və şəraitini araşdırır.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Saratov vilayət prokurorluğunun məlumatına görə, çərşənbə axşamı saat 15:30 radələrində Saratov-Tambov yolunun 242-ci kilometrliyində, Tatişevo rayonu ərazisində "QAZelle" markalı furqon və "Ford Kuga" markalı minik avtomobili toqquşub. İlkin ehtimala görə, qəzaya qarşı hərəkət zolağına çıxan yük maşınının sürücüsü səbəb olub.
Rayon İstintaq İdarəsindən verilən məlumata görə, toqquşma nəticəsində xarici avtomobilin 69 yaşlı sürücüsü və onun iki sərnişini, 67 yaşlı qadın və 13 yaşlı uşaq olub, yerindəcə dünyasını dəyişib. Minik avtomobilində olan digər 17 yaşlı yeniyetmə isə xəstəxanaya yerləşdirilib.
Müstəntiqlər hadisə ilə bağlı araşdırma aparır. Yoxlamanın gedişinə rayon prokurorluğu nəzarət edir.


Baxış sayı: 95


Bölməyə aid digər xəbərlər