Bütün xəbərlər
Rayon rəhbərinin avtomobilini partladan iş adamı Voronej yaxınlığında saxlanılıb
Tarix: 18-07-2023 21:19 | Bölmə: Cəmiyyət


Rusiya İstintaq Komitəsinin Baş İstintaq İdarəsi Voronej vilayətinin Ramon kəndində 3 ildən artıqdır ki, rayon rəhbərinin həyatına qəsdlə bağlı cinayət işini araşdırır.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Rusiya İstintaq Komitəsinin məlumatına görə, Ramonski rayonunun rəhbərinin həyatına qəsd 2019-cu ilin dekabrında Ramon fəhlə qəsəbəsində törədilib. Məmurun xidməti avtomobili əldəqayırma partlayıcı qurğu ilə partladılıb. Rayon rəhbəri xəsarət alıb və ona tibbi yardım lazım olub.
Faktla bağlı cinayət işi açılsa da, ilkin mərhələdə şübhəliləri müəyyən edib saxlamaq mümkün olmayıb. İş Rusiya İstintaq Komitəsinin mərkəzi aparatına verilib.
Çərşənbə axşamı, iyulun 18-də idarə Voronejli iş adamı Andrey Boqomazovun adam öldürməyə cəhddə, başqalarının əmlakına ziyan vurmaqda və partlayıcı maddələrin saxlanması və daşınmasında şübhəli bilinərək saxlanıldığını bildirib.
İstintaq müəyyən edib ki, Boqomazov rayon rəhbərliyinin tələblərinə tabe olmaq istəmədiyi üçün rayon rəhbərini öldürmək qərarına gəlib. Sahibkarın çoxsaylı qanun pozuntuları ilə tikdiyi binanı istifadəyə verməyə icazə verməyiblər. Şübhəlinin tutulması məsələsi həll edilir.


Baxış sayı: 100


Bölməyə aid digər xəbərlər