Bütün xəbərlər
Xorzanın meyitini həyat yoldaşı tapıb, seyf boş olub
Tarix: 17-07-2023 22:44 | Bölmə: Cəmiyyət


Dünən gecə qətlə yetirilən tanınmamış Pridnestroviya Moldova Respublikasının Kommunist Partiyasının lideri Oleq Xorjanın meyiti keçmiş həyat yoldaşı tərəfindən Tiraspol ətrafı, Sukleya kəndindəki şəxsi evlərdən birinin ofisində aşkar edilib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, PMR İstintaq Komitəsinin mətbuat xidmətinin bildirdiyinə görə, orada yerləşən seyf açıq və boş olub.
Mərhumun meyitində həkim-ekspert boyun və kürək nahiyəsində çoxsaylı bıçaq xəsarətləri, habelə baş nahiyəsində bərk əşya ilə vurulmuş zərbələr nəticəsində yarana bilən çoxsaylı xəsarətlər aşkar edib.
İstintaqçılar cinayətin iyulun 17-nə keçən gecə törədildiyini müəyyən ediblər. Versiyalardan biri quldurluq məqsədilə adam öldürmədir.
Bu cinayət xüsusilə ağır cinayət kimi tanınıb və onun açılması üçün Pridnestrovie İstintaq Komitəsində istintaq-əməliyyat qrupu yaradılıb, RİA Novosti yazır.
Bundan əvvəl Rusiya Federasiyası Kommunist Partiyasının lideri Gennadi Züqanov Dnestryanı Kommunist Partiyasının rəhbərinin öldürüldüyünü açıqlamışdı. O, Dnestryanı hüquq-mühafizə orqanlarından “dərhal araşdırmaya başlamağı və məsələni həll etməyi” tələb edib.


Baxış sayı: 99


Bölməyə aid digər xəbərlər