Bütün xəbərlər
Moskvada bir kişi kafe işçisinin üzünə bibər qazı vurub
Tarix: 16-07-2023 22:56 | Bölmə: Cəmiyyət


Paytaxtın mərkəzində kafeyə gələn şəxslə müəssisənin işçisi arasında insident baş verib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,sərxoş vəziyyətdə olan şəxs mübahisə edib, daha sonra rəqibinin üzünə bibər qazı vurub.
Basmannı rayonlararası prokurorluğu xuliqanlığın törədilməsi və hadisənin bütün hallarının müəyyən edilməsi ilə bağlı araşdırmalara başlayıb. Zərərçəkənə Zemlyanoy Valdakı iaşə obyektində lazımi tibbi yardım göstərilib. Bundan əvvəl bəzi KİV-lər “Tanuki” restoranında qaz balonunun partlaması ilə bağlı məlumat yayıblar, lakin bu məlumatın yanlış olduğu üzə çıxıb.



Baxış sayı: 172


Bölməyə aid digər xəbərlər
18-01-2025, 11:24 Avtomobil suya düşüb