Bütün xəbərlər
Həştərxan vilayətində tikililər və poliqon söndürülüb
Tarix: 16-07-2023 20:27 | Bölmə: Cəmiyyət


Həştərxan vilayətinin Nərimanov rayonunun Trusovo kəndində bərk məişət tullantıları anbarında genişmiqyaslı yanğın baş vermiş, nəticədə alov inzibati binaya və istifadəsiz 4 tikiliyə keçib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, ilkin məlumatlara görə, xəsarət alan yoxdur.
Hadisə yerində Fövqəladə Hallar Nazirliyinin 65 xilasedicisi və 15 ədəd texnika, həmçinin Volqospas xidmətinin əməkdaşları çalışıb. Yanğının söndürülməsinə yanğınsöndürən qatarı cəlb olunub.
TASS yazır ki, yanğının ümumi sahəsi təxminən 3000 kvadratmetr təşkil edib.



Baxış sayı: 171


Bölməyə aid digər xəbərlər
18-01-2025, 11:24 Avtomobil suya düşüb