Bütün xəbərlər
Ana yatarkən körpə dördüncü mərtəbədən yıxılıb
Tarix: 16-07-2023 20:19 | Bölmə: Cəmiyyət


Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, iyulun 16-da bazar günü Moskvanın şimal-şərqində bir yaşlı uşaqla baş verən insidentin hansı şəraitdə baş verdiyi məlum olub.
Xatırladaq ki, Selskoxozyaistvennaya küçəsindəki evin yaxınlığında yoldan keçən adam bir uşağı yerdə uzanmış vəziyyətdə görüb. O, təcili yardım çağırıb və daha sonra uşaq həkimlərə təhvil verilib və hüquq-mühafizə orqanlarının əməkdaşları körpənin valideynlərini axtarmağa başlayıblar.
Məlum olub ki, uşaq tapıldığı binanın 4-cü mərtəbəsində yerləşən mənzilin pəncərəsindən yıxılıb, o, 24 yaşlı ana ilə yaşadığı evdə olub.
“Qadının sözlərinə görə, o, uşaqla birlikdə mənzildə olub, yatıb, uşağı nəzarətsiz qoyub”, - deyə, paytaxt prokurorluğundan bildirilib.
Hazırda hadisə ilə bağlı araşdırma aparılır.



Baxış sayı: 166


Bölməyə aid digər xəbərlər
18-01-2025, 11:24 Avtomobil suya düşüb