Bütün xəbərlər
Stavropol diyarında təcrübəsiz sürücü, uşaq və qız ölüb
Tarix: 16-07-2023 19:54 | Bölmə: Cəmiyyət

Bazar günü günortadan sonra Stavropol diyarının Kirovski rayonunda Georgiyevsk - Uruxskoye - Orlovka yolunda bir neçə insanın həyatına son qoyan dəhşətli qəza baş verib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Rayon DYP-nin mətbuat xidmətindən verilən məlumata görə, sahədən çıxan 27 yaşlı “KamAZ” sürücüsü əsas yol ilə hərəkətdə olan “VAZ-2107” markalı avtomobilə tabe olmayıb və nəticədə toqquşma baş verib.
Bir neçə ay əvvəl vəsiqəsini alan “yeddilik”i idarə edən 18 yaşlı gənc yerindəcə dünyasını dəyişib. Onun iki sərnişini də həlak olub - 19 yaşlı qız və bir yaş yarımlıq uşaq.
Minik avtomobilində yeganə sağ qalan 17 yaşlı sərnişin olub, o, xəstəxanaya yerləşdirilib.
Hazırda polis faciəvi hadisə ilə bağlı araşdırma aparır.



Baxış sayı: 167


Bölməyə aid digər xəbərlər
18-01-2025, 11:24 Avtomobil suya düşüb