Bütün xəbərlər
ABŞ Robert De Nironun nəvəsinə narkotik satmaqda şübhəli bilinən qadını həbs edib
Tarix: 14-07-2023 13:51 | Bölmə: Cəmiyyət

ABŞ-da aktyor Robert De Nironun mərhum nəvəsinə narkotik satmaqda şübhəli bilinən qadın həbs edilib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Amerikanın “New York Post” nəşrinin hüquq-mühafizə orqanlarına istinadən verdiyi məlumata görə, 20 yaşlı Sofiya Heyli Marks bir gün əvvəl Nyu-Yorkda saxlanılıb. Onun evində axtarış aparılıb.
Həbs əməliyyatını ABŞ Narkotiklərlə Mübarizə İdarəsi və Daxili Təhlükəsizlik Departamentinin əməkdaşları həyata keçirib.
Qız qadağan olunmuş maddələrin yayılmasında ittiham olunub. Onun iyulun 14-ü cümə günü məhkəmə qarşısına çıxacağı gözlənilir.
Xatırladaq ki, amerikalı aktyor Robert De Nironun nəvəsi, 19 yaşlı Leandro De Niro öz evində ölü tapılıb. Onun meyitinin yaxınlığında ağ toz halında olan maddə aşkar edilib.
Mərhumun anası mediaya müsahibəsində bildirib ki, onun fikrincə, oğluna qəsdən fentanil tərkibli həblər satılıb və bu, onun ölümünə səbəb ola bilərdi. Qeyd edək ki, ölümün rəsmi səbəbi hələ açıqlanmayıb.
Leandro De Niro Rodriguez Robert De Nironun övladlığa götürdüyü Drenanın böyük oğludur. Aktyor özü daha əvvəl sevimli nəvəsinin vəfatından dərin kədərləndiyini bildirib və ailəsi ilə birlikdə yas tutan hər kəsin başsağlığı üçün təşəkkür edib.



Baxış sayı: 176


Bölməyə aid digər xəbərlər
18-01-2025, 11:24 Avtomobil suya düşüb