Bütün xəbərlər
Feodosiyada moped partlayışı qətlə cəhd kimi tanınıb
Tarix: 13-07-2023 15:48 | Bölmə: Cəmiyyət


Müstəntiqlər Krımın tanınmış ictimai xadimi Aleksandr Talipovun yaşadığı Feodosiyada yaşayış binasının girişində mopedin partladılmasını qətlə cəhd kimi şərh ediblər.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, hadisə iyulun 12-də axşam saatlarında Zemskaya küçəsindəki 18 saylı evin həyətində baş verib. Daha əvvəl hadisə şahidləri naməlum şəxslərin girişdə dayanmış mopedə partlayıcı yerləşdirdiklərini və 61 və 85 yaşlı qadınların yanından keçən zaman işə düşdüyünü iddia etmişdilər. Zərərçəkənlər xəstəxanaya çatdırılıb, onların həyatları üçün təhlükə yoxdur.
İş iki və ya daha çox şəxsi ümumi təhlükəli üsulla qətlə yetirməyə cəhd faktı üzrə açılıb, lakin müstəntiqlər hücum edənlərin hədəfinin kim olduğunu dəqiqləşdirməyib, müxtəlif versiyaların üzərində iş aparıldığını qeyd ediblər. Mopedin sahibi hələlik müəyyən edilməyib.



Baxış sayı: 180


Bölməyə aid digər xəbərlər
18-01-2025, 11:24 Avtomobil suya düşüb