Bütün xəbərlər
Bakıda narkotikin qanunsuz satışında təqsirləndirilən şəxsə bəraət verilib
Tarix: 12-07-2023 12:30 | Bölmə: Cəmiyyət



Bakıda narkotik vasitələrin qanunsuz satışında təqsirləndirilən Elşən Əkbərova bəraət verilib.
"Report"un xəbərinə görə, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi İlham Mahmudovun sədrliyi ilə keçirilən prosesdə elan edilib.
İttiham aktına əsasən, E.Əkbərov ötən ilin martında paytaxtın Suraxanı rayonunda polis əməkdaşları tərəfindən saxlanılıb.
Onun üzərinə baxış keçirilən zaman 6 qram heroin aşkarlanıb.
E.Əkbərova qarşı Cinayət Məcəlləsinin 234.4.3-cü (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddəsi üzrə ittiham elan olunub.



Baxış sayı: 208


Bölməyə aid digər xəbərlər
18-01-2025, 11:24 Avtomobil suya düşüb