Bazar günü, 11 may 2025, 13:44:32  
Son xəbərlər:
Bütün xəbərlər
Elektrostalda kişinin dərisini soyanlardan biri saxlanılıb
Tarix: 10-07-2023 22:18 | Bölmə: Cəmiyyət


Polis Moskva yaxınlığında Elektrostalda oğlana hücum edən şəxslərdən birini saxlayıb.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin Moskva vilayəti üzrə Baş İdarəsinin mətbuat xidmətinin rəhbəri Tatyana Petrova məlumat verib.
Hazırda hüquq-mühafizə orqanları cinayət ortağının tapılmasına kömək edəcək tədbirlər görür.
Hadisə iyulun 9-da mağazanın yaxınlığında baş verib. Oğlanın saç düzümü və saçının yaşıl rəngi kişilərin xoşuna gəlməyib. Onlar qurbanı döyüb, sonra dərisi ilə birlikdə saçını da kəsiblər.
Zərərçəkmiş hazırda xəstəxanadadır.



Baxış sayı: 228


Bölməyə aid digər xəbərlər