20:16 / 27-08-2026
Turist dağlarda azıb
17:36 / 26-08-2026
Ağacları kəsərkən öldü
Bütün xəbərlər
Krasnodarda səfərbərlik işləri üzrə departament rəhbərinin müavini həlak olub
Tarix: 10-07-2023 22:15 | Bölmə: Cəmiyyət


Krasnodarda şəhər idarəsinin səfərbərlik işləri üzrə müavini Stanislav Rjitski öldürülüb.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə hüquq-mühafizə orqanlarına məlumat verilib.
Məlumata görə, naməlum şəxs kişiyə bir neçə dəfə atəş açıb və sonra qaçıb. TASS xəbər verir ki, cinayətin motivi araşdırılır. Şübhəlilərin kimliyi müəyyən edilib.
Telegram kanallarının məlumatına görə, Stanislav Rjitskinin qətli səhər tezdən idman kompleksinin yanındakı parkda baş verib. Qatilin uzun müddətdir potensial qurbanı izlədiyi iddia edilir.
Faktla bağlı cinayət işi başlanıb.



Baxış sayı: 545


Bölməyə aid digər xəbərlər