Bütün xəbərlər
Kazanda oğlan “bungee”dən tullanaraq, təsadüfən qızı boğub
Tarix: 09-07-2023 22:52 | Bölmə: Cəmiyyət



Kazanda "bungeedən" tullanan oğlanın üzərinə düşdüyü 15 yaşlı qız boğularaq ölüb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, hadisə iyulun 9-da günorta saatlarında şəhərin Volqa bölgəsindəki Srednıy Kaban gölündə baş verib. İlkin məlumatlara görə, qız göldə çimərkən "bungee jumping" ilə əylənərkən gənc oğlan sözün əsl mənasında onunla qarşılaşıb.
Hadisə yerinə təcili olaraq Tatarıstanın Axtarış və Xilasetmə Xidmətinin dalğıcları gəlib. Onlar mərhumun meyitini taparaq sahildən on metr aralıda üç metr dərinlikdən çıxarıblar.
Yeniyetmənin ölümü ilə bağlı araşdırma aparılır. Rusiya Federasiyası İstintaq Komitəsinin regional İstintaq İdarəsindən verilən məlumata görə, onun nəticələrinə əsasən, prosessual qərar qəbul ediləcək.



Baxış sayı: 287


Bölməyə aid digər xəbərlər