Bütün xəbərlər
Perm diyarında bir yeniyetmə həmyaşıdını yandırıb
Tarix: 09-07-2023 21:53 | Bölmə: Cəmiyyət


Perm diyarında bir gün əvvəl yetkinlik yaşına çatmayanların iştirakı ilə ciddi fövqəladə hadisə baş verib, bu barədə bazar günü, iyulun 9-da İstintaq Komitəsinin regional baş idarəsinin mətbuat xidmətindən bildirilib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, məlum olduğu kimi, yeniyetmə yanar maye tökərək 15 yaşlı dostunu yandırıb.
Qız ağır yanıq xəsarətləri alıb və xəstəxanaya aparılıb, cinayətkar isə saxlanılıb.
Hücum edən şəxsin hərəkətləri Rusiya Federasiyası Cinayət Məcəlləsinin “Öldürməyə cəhd” maddəsi ilə tövsif edilir.
Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları gənci istiqamətləndirən motivi müəyyən edir və digər zəruri istintaq hərəkətlərini həyata keçirirlər.



Baxış sayı: 189


Bölməyə aid digər xəbərlər