Bütün xəbərlər
Binəqədidə meyiti aşkar edilmiş şəxsin qəsdən öldürülməsi müəyyən edilib
Tarix: 08-07-2023 13:52 | Bölmə: Cəmiyyət

İyulun 5-i saat 17 radələrində Binəqədi rayonunun Biləcəri qəsəbəsi ərazisində 1997-ci il təvəllüdlü Saleh Sadıqovun çürümüş meyitinin aşkar olunması barədə rayon prokurorluğuna məlumat daxil olub.

Sabaha-inamla.az-a Baş Prokurorluqdan verilən məlumata görə,
prokurorluq və polis əməkdaşlarının hadisə aşkar olundıqdan sonra isti izlər əsasında keçirdiyi istintaq-əməliyyat tədbirləri nəticəsində zərərçəkmişin iyunun 25-i saat 01 radələrində 1988-ci il təvəllüdlü Anar Cəfərov tərəfindən aralarında yaranmış mübahisə zamanı qəsdən öldürülməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Binəqədi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb.
Anar Cəfərov cinayət işi üzrə şübhəli şəxs qismində tutulub.
İstintaq-əməliyyat tədbirləri davam etdirilir.



Baxış sayı: 222


Bölməyə aid digər xəbərlər
18-01-2025, 11:24 Avtomobil suya düşüb