Bütün xəbərlər
Buryatiyada itkin düşən daha bir turist tapılıb
Tarix: 08-07-2023 10:23 | Bölmə: Cəmiyyət


Xilasedicilər iyulun 6-da Buryatiyada Snejnaya çayında rafting edərkən itən yeddinci turisti tapıblar, o, təxliyə edilib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, səkkizincinin axtarışları davam etdirilir.
Rusiya Fövqəladə Hallar Nazirliyinin xilasediciləri yeddinci turisti İrkutsk vilayətinin Novosnejnaya kəndinə çatdırıblar. Daha bir turistin yeri məlum deyil”, - nazirliyin məlumatında deyilir.
Onlar əlavə ediblər ki, qadının axtarışlarına hava, su və yerüstü xilasedicilərdən ibarət qruplar cəlb olunub. Fövqəladə Hallar Nazirliyinin “Mi-8” təyyarəsi yenidən axtarış ərazisinə uçub.
İyulun 6-da axşam saatlarında Fövqəladə Hallar Nazirliyinin növbətçi hissəsinə Kabanski rayonunun Vıdrino kəndi yaxınlığında Snejnaya çayı ilə rafting edərkən turistlərin olduğu 4 katamaranın aşması barədə məlumat daxil olub. Üç nəfər xilas edilib, beş nəfər axtarışa verilib. Daha sonra axtarışa "Mi-8" helikopteri göndərilib. Bir gün əvvəl üç turist tapılıb.



Baxış sayı: 179


Bölməyə aid digər xəbərlər
18-01-2025, 11:24 Avtomobil suya düşüb