Bazar ertəsi, 10 mart 2025, 06:33:45  
Son xəbərlər:
18:26 / 09-03-2025
İnzibati bina yanır
Bütün xəbərlər
Sverdlovsk vilayətində 10 yeniyetmə spirtli içkidən zəhərlənib
Tarix: 07-07-2023 09:56 | Bölmə: Cəmiyyət


Spirtli içki qəbul etdikdən sonra zəhərlənən yeniyetmələr Pervouralsk şəhər Uşaq Şəhər Xəstəxanasının pediatriya şöbəsinə yerləşdirilib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, "yeddi nəfərin bioloji mayelərində müxtəlif konsentrasiyalarda etanol aşkar edilib", - Sverdlovsk vilayətinin Səhiyyə Nazirliyinin mətbuat xidməti Telegram kanalında yazır.
Qeyd olunur ki, Ərazi Fəlakət Təbabəti Mərkəzinin komandası toksikoloqla birlikdə Pervouralska gəlib. Zərərçəkənlər müayinə olunub, onlara lazımi tibbi yardım göstərilib.
"Vəziyyət qənaətbəxşdir. Vəziyyətləri tam normal olduqdan sonra uşaqlar evə buraxılacaq", - məlumatda deyilir.
İyunun ortalarında dörd Tümen sakini surroqat spirtindən zəhərlənib.
Bundan əvvəl Rusiyanın bir sıra regionlarında sidrdən zəhərlənmə nəticəsində 30-dan çox adam ölüb.



Baxış sayı: 178


Bölməyə aid digər xəbərlər
24-02-2025, 21:31 Sevgilisini eyvandan atıb