Bütün xəbərlər
Maşın yanacaqdoldurma məntəqəsinə çırpılıb, 3 nəfər ölüb
Tarix: 05-07-2023 20:22 | Bölmə: Cəmiyyət


DİN-in regional idarəsindən verilən məlumata görə, Moskva yaxınlığındakı Serpuxovda M-2 “Krım” magistralında sükan arxasında yuxulayan sürücü özü ölüb və iki sərnişini öldürüb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, qəza iyulun 5-də səhər saat 5 radələrində magistralın 97-ci kilometrliyində baş verib. "Volkswagen" yoldan çıxaraq sürətlə yanacaqdoldurma məntəqəsinin dayağına çırpılıb, həkimlər gələnə qədər iki kişi və bir qadın ölüb.
Hadisənin baş vermə şəraiti hələ müəyyən edilməyib, lakin müfəttişlər sürücünün sükan arxasında yuxuya getdiyinə inanmağa meyllidirlər.



Baxış sayı: 165


Bölməyə aid digər xəbərlər
18-01-2025, 11:24 Avtomobil suya düşüb