Bütün xəbərlər
Ticarət Mərkəzində baş vermiş mənimsəmə faktı üzrə cinayət işi başlanıb
Tarix: 05-07-2023 18:28 | Bölmə: Cəmiyyət

Xaçmaz rayon sakini Azər Səfərova məxsus “Qayalı” ticarət mərkəzində pul vəsaitinin mənimsənilməsinə dair daxil olmuş müraciət əsasında rayon prokurorluğunda araşdırma aparılıb.

Bu barədə Sabaha-inamla.az-a Baş prokurorluqdan məlumat veriblər.
Məlumata görə, araşdırma zamanı Xaçmaz rayon sakini Şərafəddin Hacıyevin həmin ticarət obyektində menecer vəzifəsində işləyərkən ona etibar edilmiş 92 min manatdan artıq pul vəsaitini mənimsəməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Xaçmaz rayon prokurorluğunda başlanmış cinayət işi üzrə Şərafəddin Hacıyev Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə) maddəsilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda istintaq tədbirləri davam etdirilir.



Baxış sayı: 221


Bölməyə aid digər xəbərlər
18-01-2025, 11:24 Avtomobil suya düşüb