Bütün xəbərlər
Təhsil müəssisəsində aşkar edilmiş qanunsuzluqlarla bağlı cinayət işi başlanıb
Tarix: 05-07-2023 18:11 | Bölmə: Cəmiyyət


Lerik rayonunun Bülüdül kənd tam orta məktəbində baş verən qanunsuzluqlarla bağlı vətəndaş müraciəti əsasında rayon prokurorluğunda araşdırma aparılıb.

Sabaha-inamla.az-a Baş Prokurorluqdan verilən məlumata görə, 
araşdırma zamanı qeyd edilən təhsil müəssisəsinin direktoru Rasim Şahbazovun uzun müddətdir istismara yararsız vəziyyətdə olan məktəbin qazanxanasına yanacaq alınması adı ilə 16 min manatdan artıq dövlət vəsaitini mənimsəməsinə əsaslı şübhələr müəyyən edilib.
Fakta görə Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü (qulluq mövqeyindən istifadə etməklə və xeyli miqdarda ziyan vurmaqla mənimsəmə) maddələrilə cinayət işi başlanıb.
İbtidai istintaq davam etdirilir.



Baxış sayı: 233


Bölməyə aid digər xəbərlər
18-01-2025, 11:24 Avtomobil suya düşüb