Bütün xəbərlər
Donetskin atəşə tutulması nəticəsində iki nəfər ölüb
Tarix: 04-07-2023 22:12 | Bölmə: Cəmiyyət


Ukrayna hərbçilərinin Donetsk şəhərinin qərb kənarını atəşə tutması nəticəsində iki nəfər ölüb, biri azyaşlı uşaq olmaqla iki nəfər yaralanıb, mer Oleksiy Kulemzin bildirib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, şəhərin Petrovski rayonu növbəti dəfə hücuma məruz qalıb. Mərmilərdən  biri həmin an dörd nəfərin olduğu mağazaya düşüb. Bir kişi və bir qadın atışmanın qurbanı olub.
2018-ci il təvəllüdlü qadın və qız qəlpə yaraları ilə xəstəxanaya yerləşdirilib. Onların hansı vəziyyətdə olduğunu şəhər rəhbəri dəqiqləşdirməyib.



Baxış sayı: 153


Bölməyə aid digər xəbərlər
18-01-2025, 11:24 Avtomobil suya düşüb