Bütün xəbərlər
“Rahat evinizdə yatın” - Qurban Yetirmişli
Tarix: 04-07-2023 11:59 | Bölmə: Cəmiyyət

                       rahat-evinizde-yatin



AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli Xəzər dənizində bu gecə baş vermiş zəlzələ ilə bağlı əhaliyə müraciət edib.
Sabaha-inamla.az xəbər verir ki, “Qafqazinfo”nun məlumatına görə, baş seysmoloq vətəndaşları təşvişə düşməməyə çağırıb.
“Əhaliyə müraciət edirəm ki, sosial şəbəkələrdəki şayiələrə deyil, rəsmi məlumatlara inansınlar. Rahat evinizdə yatın. Dünənki təkanlar çox dərində olub, heç bir təhlükəsi yoxdur. O dalğa yaşayış məntəqələrində heç bir fəsad törədə bilməz. Əsas təkan ilk saniyələrdə olub. Ondan güclünün olması ehtimalı yoxdur. Sonra da təkanlar olub, lakin zəif olub və ancaq cihazlar qeydə ala bilib”, - Q.Yetirmişli vurğulayıb.



Baxış sayı: 231


Bölməyə aid digər xəbərlər
18-01-2025, 11:24 Avtomobil suya düşüb