Bütün xəbərlər
Krasnodar qubernatoru güclü partlayışla bağlı məlumatları şərh edib
Tarix: 02-07-2023 20:44 | Bölmə: Cəmiyyət


Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Krasnodar diyarının rəhbəri Veniamin Kondratyev Primorsko-Axtarski rayonunda fövqəladə vəziyyət elan edilməsi ilə bağlı məlumatı şərh edib.
Qubernator bildirib ki, ilkin məlumatlara görə, tələfat yoxdur, yaşayış binalarına və infrastruktur obyektlərinə dəymiş ziyan qeydə alınmayıb.
“Biz bələdiyyənin rəhbəri ilə daim əlaqə saxlayırıq... İndi baş verənlərin səbəbləri araşdırılır”, - Veniamin Kondratyev bildirib.
Xatırladaq ki, bazar günü, iyulun 2-də günortadan sonra sosial şəbəkələrdə Primorsko-Axtarsk yaxınlığında ildırım vuran güclü partlayış barədə məlumat yayılıb.
Bir müddət sonra şəhər yaxınlığındakı bir sahədə yarandığı iddia edilən nəhəng bir kraterin fotoşəkili yayımlandı.



Baxış sayı: 179


Bölməyə aid digər xəbərlər
18-01-2025, 11:24 Avtomobil suya düşüb