Bütün xəbərlər
Kareliyada avtobusun toqquşması nəticəsində ölənlərin sayı 8-ə çatıb
Tarix: 01-07-2023 19:06 | Bölmə: Cəmiyyət


Kareliyada sərnişin turist avtobusunun qəzaya uğraması nəticəsində xəsarət alanların sayı 8 nəfərə çatıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Rusiya Daxili İşlər Nazirliyinin məlumatına görə, bütün zərərçəkənlər xəstəxanaya yerləşdirilib.
Lahdenpoh rayonunda Lasanen-Tervu regional yolunda qəza şənbə günü yerli vaxtla saat 14 radələrində baş verib. Avtobusda 41 nəfər olub.
Polisin məlumatına görə, Neoplan avtobusunun 47 yaşlı sürücüsü yoldan sağ xəndəyə çıxmalı olub, avtomobil aşıb.
Yol polisi əməkdaşları hadisə yerindədir, qəzanın başvermə şəraiti müəyyənləşdirilir.



Baxış sayı: 163


Bölməyə aid digər xəbərlər
18-01-2025, 11:24 Avtomobil suya düşüb