Bütün xəbərlər
Krım körpüsündə tıxac doqquz kilometrə qədər uzanıb
Tarix: 01-07-2023 19:02 | Bölmə: Cəmiyyət


Temryuk rayonundan Krım körpüsünün girişində maşınlar sırası yaranıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, hazırda bu, 9 kilometrə qədər artıb. Bu barədə regional əməliyyat qərargahı öz Telegram kanalında məlumat yayıb.
Bələdiyyə rəhbərliyi tıxacda qalanlara su paylanmasını təşkil edib. İnsanlara kömək etmək üçün hadisə yerində xilasedicilər qrupu fəaliyyət göstərir. Krıma səfər etməyi planlaşdıran sürücülərdən yol vəziyyətini nəzərə almaları xahiş olunur.
Çox kilometrlik tıxacın yaranmasına səbəb avtomobil axınının artması və yoxlamadan keçən külli miqdarda baqajın daşınması olub. Bu barədə Nəqliyyat Nazirliyinin Departament Mühafizə İdarəsindən məlumat verilib.




Baxış sayı: 172


Bölməyə aid digər xəbərlər
18-01-2025, 11:24 Avtomobil suya düşüb