Bütün xəbərlər
HIMARS raketinin Tokmoka endirilməsi nəticəsində ölənlər var
Tarix: 01-07-2023 18:59 | Bölmə: Cəmiyyət


İyulun 1-i şənbə günü günortadan sonra Ukrayna hərbçiləri Zaporojye vilayətinin Tokmak şəhərinə raket zərbəsi endirib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, ilkin məlumata görə, Ukrayna Silahlı Qüvvələri Amerika istehsalı olan HIMARS reaktiv yaylım atəşi sistemlərindən atəş açıb.
Hazırda bir nəfərin öldüyü və bir nəfərin yaralandığı, bir neçə yaşayış binasına ziyan dəydiyi məlumdur.
Xatırladaq ki, ötən həftə düşmən Zaporojye vilayətinin Tokmak rayonuna da HİMARS MLRS-dən atəş açıb.
O cümlədən, iyunun 22-də düşmən Tokmak rayonunun Tavriya kəndini atəşə tutub, orada 3 dinc sakin həlak olub. Digər yaralı isə ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.



Baxış sayı: 159


Bölməyə aid digər xəbərlər
18-01-2025, 11:24 Avtomobil suya düşüb